Ucarda velosipedçini avtomobil vuraraq öldürüb.
Unikal.org xəbər verir ki, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində baş verib.
Ucar rayon sakininin idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub. Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.



















.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


