Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də saat 19 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Nicat Abbasov “Bazarstore” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai H 100” markalı avtomobillə hərəkətdə olan zaman yaşlı naməlum kişini vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)


