Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.
"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.



.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)













