Bakıda kafedə xuliqanlıq edən şəxslər saxlınılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib.
Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıb.
E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.




.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)












