Bakının Nəsimi rayonunda 25 yaşlı qızı 10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobillə vurulub.
Unikal.org-un məlumatına görə, avtomobil sentyabr ayının 10-dan internet saytlarında satışa qoyulub.
Satış qiyməti 11 min dollara qoyulan avtomobil dünən axşam radələrində qəzaya düşüb. Nəticədə 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.
Xatırladaq ki, dünən gecə Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu deyilib.
Elvin Qasımzadə Unikal.org-a hadisəni özü deyil, başqa bir avtomobil tərəfindən törədildiyini açıqlayıb:
"Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib. Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobil qızı vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.





























.jpg)




























