Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əməliyyat keçiriblər.
FHN-dən Unikal.org-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.








.jpg)




.jpg)





.jpg)








.webp)





.jpeg)















.jpg)
.jpeg)



