Elçin Mirzəbəyli: "Bütün proseslərin arxasında ABŞ dayanır"
"ATƏT-in Minsk qrupunun keçmiş ABŞ-lı həmsədri Metyu Brayzə uzun müddət Ağ evdə çalışıb və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə dırnaqarası yanaşdığını çox yaxşı bilir".
Bu sözləri açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, Metyu Brayzənin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə dırnaqarası yanaşması ilə bağlı bu etirafı dilə gətirməsi gec də olsa bu gün Obama hakimiyyətinin münaqişənin həllinə, beynəlxalq hüquq prinsiplərinə olan münasibətini açıq şəkildə ortaya qoyub: "Əslində son dövrlərdə Ağ ev rəsmilərinin o cümlədən Barak Obamanın bəyanatlarından da açıq şəkildə görmək mümkündür ki, ABŞ öz maraqlarını təmin etmək üçün xalqları hətta qarşı-qarşıya qoymaqdan belə çəkinmir. ABŞ üçün hətta böyük xalqların gələcək taleyi də önəm kəsb etmir. Obamanın Ukraynadakı hadisələrlə bağlı son bəyanatında bütün proseslərin arxasında ABŞ-ın dayandığını, Rusiyanın isə baş verənlərə adekvat reaksiya göstərdiyini görmək mümkündür".
Digər Xəbərlər
2026-04-19 16:37:26
2026-04-19 16:06:55
2026-04-19 13:30:06
2026-04-18 21:54:06
2026-04-18 20:55:45
2026-04-18 17:52:05
2026-04-18 13:59:25
2026-04-18 12:26:24
2026-04-18 12:13:00
2026-04-18 11:33:55
2026-04-18 08:58:03
2026-04-18 00:12:20
2026-04-17 22:10:52
2026-04-17 21:41:01
2026-04-17 20:32:00
2026-04-17 19:49:08
2026-04-17 19:39:53
2026-04-17 19:14:01
2026-04-17 18:26:40
