Hollivud ulduzu Uill Smit cinsi zorakılıqda ittiham olunub.
"Unikal" xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.
Aktyorun keçmiş dostu, musiqiçi Bilal Salam 2019-cu ildə Hollivudda keçirilən məclislərin birində Smitin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edərək onu məhkəməyə verib.
Salaam bildirib ki, hadisədən sonra aktyor ondan üzr istəyib və davranışını bir qədər sərxoş olması ilə izah edib. Həmçinin baş verənlərin ictimailəşdirilməməsini xahiş edib. Musiqiçi həmin vaxt özünü alçaldılmış, təhqir olunmuş və mümkün nəticələrdən qorxmuş hiss etdiyini söyləyib.
Uill Smitin vəkilləri isə ittihamları rədd ediblər. Onlar Salamın uzun illərdir aktyor və ailəsi haqqında əsassız və yalan iddialar irəli sürdüyünü, əvvəlki şikayətlərinin də rədd edildiyini və ya etibarsız hesab olunduğunu bildiriblər.
Qeyd edək ki, Bilal Salam Uill Smitin keçmiş həyat yoldaşı, aktrisa Ceyda Pinkett Smitlə də məhkəmə çəkişməsindədir. O, aktrisaya qarşı 3 milyon dollarlıq iddia qaldıraraq, onu şifahi təhdidlərdə və mənəvi zərər vurmaqda ittiham edib.




.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























