"Ölkədə səhiyyə sistemi ayrı-ayrılıqda fəaliyyət göstərən Səhiyyə Nazirliyindən və TƏBİB-dən ibarət deyil. Hazırda ölkədə səhiyyə siyasətini həyata keçirən və tibbi xidmətlərin əlçatanlığını təmin edən vahid bir mərkəzi icra hakimiyyəti orqanı var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, hazırda səhiyyə sahəsində olan problemlər və onların həlli üçün tədbirlər planı hazırlanır: “Bu tədbirlər planında da deputatların qaldırdığı məsələlər yer alıb. İlkin olaraq, ambulator xəstələrin dərman vasitələri ilə təmin olunması istiqamətində qanunvericilikdə dəyişiklik olunub. Həmin dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə ötürülməsi üçün qaydalar hazırlanır. Bu qaydalara əsasən, həmin dərman vasitələrinin pərakəndə aptek təşkilatlarından satışının təmin olunması üçün qaydalar tətbiq olunduqdan sonra, növbəti ildən bunu təmin etməyi bacaracağıq. Bundan başqa, səhiyyə nazirinin tapşırığına uyğun olaraq, tədbirlər planına ilkin səhiyyə xidməti, onkolojiyanın xidmətlər zərfinə daxil edilməsi və s. məsələlər daxil edilib".
Anar Kəlbiyev

















.jpg)
.webp)



.jpg)
.jpg)







.jpg)

















