İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb edilib.
"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ekspertizası tamamlanan 59 layihənin ümumi dəyəri 4 milyard 38 milyon manatdır.
Ekspertiza çərçivəsində layihə xərcləri bazar qiymətləri və qüvvədə olan normalarla müqayisə edilir, layihə cizgiləri ilə smeta sənədləri arasındakı uyğunsuzluqlar araşdırılır.









.jpg)






































