Şəkidən Bakıya işləməyə gələn fəhlə Həsrət Babayev "Avrasiya" MTK-dan şikayətçidir.
"Unikal" xəbər verir ki, Həsrət Babayevin ayağı tikinti işləri zamanı sınıb.
"Xəzər Xəbər"ə müraciət edən vətəndaş deyir ki, iki aydır üz tutmadığı xəstəxana, qəbul etmədiyi dərman qalmayıb. Bu müddət ərzində "Avrasiya" MTK onun nə xərclərini qarşılayıb, nə də maaş verib.
Həsrət Babayev iddia edir ki, oxuyub-yaza bilmədiyi üçün əmək müqaviləsinin məzmunu ilə tanış olmadan sənədə imza atıb.
Beş aydır yataq xəstəsi olduğunu deyən Həsrət Babayev çalışdığı MTK-dan təzminat və əməkhaqqının tam şəkildə ödənilməsini tələb etdiyini bildirir.
İddialara aydınlıq gətirmək məqsədilə "Avrasiya" MTK-nın rəsmisi Borçalı Qurbanovla telefon əlaqəsi saxladıq. Onun cavabı isə belə oldu: "Mən sizinlə danışmaq istəmirəm. Məsələyə prokurorluq və Dövlət Əmək Müfəttişliyi baxır".
Adı çəkilən qurumlardan bildirildi ki, vətəndaşın müraciəti araşdırılır.
































.jpg)








.jpg)






.jpg)

