"Vikinq" klubu "Sabah" üzərində qazandığı 4:1 hesablı qələbə sayəsində 2,1 milyon avro gəlir əldə edib.

"Unikal" xəbər verir ki, bu məbləğ təxminən 25 milyon Norveç kronuna bərabərdir.

Norveçlilər hazırda 4 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıblar.

Qeyd edək ki, UEFA turnirdə hər qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 min avro mükafat ödəyir.