Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüşdə Estoniyanın İT şirkətlərinin ölkəmizə cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi və Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə edilib. 

Eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.