Kanzaslı Mettyu Hey 20 il saqqalını kəsməyərək Ginnesin Rekordlar Kitabına düşüb. 

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, hər şey təxminən 20 il əvvəl bir neçə uşağın ondan saqqalını hörməsini istəməsi ilə başlayıb. Mettyu saqqalını hördükdən sonra onu bəyənib və belə saxlamaq qərarına gəlib. Zamanla o, ildə təxminən 7-10 santimetr uzanıb. Hazırda 1,6 metrdir.

Bu kateqoriyadakı əvvəlki rekord saqqalının uzunluğu 1,06 metrə çatan amerikalı Rudolf Martinoya məxsusdur.