Rusiya prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, "Putin hazırda Moskvada olan İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə Kremldə görüşüb".