8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 6-10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Unikal"a BBAK-dan məlumat verilib.
Qeyd olunur ki, avtovağzal bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri BBAK-ın kassalarından, həmçinin, “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, “biletim.az” portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn şəkildə “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.















.jpg)








.jpg)






















