2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında intellektual bilik yarışı təşkil olunub.
"Unikal" xəbər verir ki, Vurğun qəsəbə tam orta məktəbin idman zalında təşkil olunan intellektual tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı şanlı Zəfərin əhəmiyyətini diqqətə çatdırıb, tarixi reallıqlara və azad olunmuş bölgələrdəki bərpa işlərinə toxunub. Bu qəbildən olan intellektual bilik yarışlarının önəmini qeyd edən İcra başçısı vurğulayıb ki, bu təşəbbüslər hər bir sahədə çalışan kollektiv üzvlərinin dünyagörüşünü zənginləşdirməklə yanaşı, milli memarlıq irsimizə bağlılığı artırır və qəhrəmanlıq tariximizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Ümumilikdə 14 komandanın iştirak etdiyi yarışın əsas məqsədi idarə, müəssisə və təşkilat əməkdaşların intellektual bilik və dünyagörüşünün artırılması, milli-mədəni irsimizə, tarixi abidələrimizə, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə dair məlumatlılığın gücləndirilməsi olub. Komandalara Azərbaycanın zəngin tarixi-mədəni irsi, memarlıq nümunələri və işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı suallar ünvanlanıb.
Bilik yarışının yekununda 1-ci yerə Qazax-Ağstafa Regional Təhsil İdarəsinin Ağstafa Sektorunun "Xarıbülbül", 2-ci yerə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin "Zəngilan", 3-cü yerə isə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin "Ağdərə" komandaları layiq görülüblər.



.jpg)



















.jpg)









.jpg)














