Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş hücumçu Kriştiano Ronaldodan milli komandada qalmasını istədiyini bildirib.

"Unikal" xəbər verir ki. bu barədə o, yerli mediaya müsahibəsində deyib. 

"Mən ondan qalmasını istədim, çünki onun yanımda olmasına ehtiyacım var idi. Amma onun qərarına hörmət etməliyəm. O, Portuqaliya xalqının və milli komandanın qəlbində əbədi olaraq qalacaq. Geri dönüş yoxdur; o, həmişə Portuqaliya futbolu üçün bir mayak olacaq", - Jezuş deyib.