“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı tərəfindən Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunub.
"Unikal" xəbər verir ki, ekskursiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın əməkdaşları, partiya fəalları və fəal gənclər iştirak ediblər.
Əvvəlcə iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış olublar. Onlara məlumat verilib ki, muzeydə Azərbaycan ərazisində müxtəlif tarixi dövrlərdə mövcud olmuş dövlətlərin və xanlıqların bərpa edilmiş bayraqları, XIX-XX əsrlərə aid hərbi simvollar, gerblər, dövlət atributları, eləcə də tarixi xəritələr nümayiş etdirilir.
Ekskursiya zamanı iştirakçılara Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda Üçrəngli Dövlət Bayrağımızın yenidən dalğalanmasının tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Dövlət Bayrağımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin, milli kimliyinin və dövlətçilik ənənələrinin rəmzidir.
Həmçinin vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinə uyğun olaraq, ölkəmizdə milli atributlarımıza hər zaman yüksək ehtiram göstərilir. Dövlət rəmzlərinə sevgi və hörmətin, milli-mənəvi dəyərlərə bağlılığın gənc nəslə aşılanması mühüm vəzifələrdən biridir.






























.jpg)








.jpg)






.jpg)




