Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, Yasamal rayonu Naxçıvani küçəsi ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayanacağından 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə çıxarkən 1955-ci il təvəllüdlü Sadıqova Esmira Həsənağa qızını vurub.

Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.