"Ukraynadakı münaqişə  Avropanı mənəvi və iqtisadi cəhətdən tükədir".

"Unikal" xəbər verir ki, bunu Slovakiya prezidenti Peter Pelleqrini deyib. 

"Bu müharibə Avropanı mənəvi və iqtisadi cəhətdən zəiflətməyə başlayır. Ukraynaya kömək etmək üçün lazım olan milyardlarla vəsait nəticədə ayrı-ayrı üzv dövlətlərin xəstəxanalarına, məktəblərinə və infrastrukturuna çatmır", - deyə Slovakiya lideri ifadə edib. 

O, döyüşləri dayandırmaq üçün heç bir şey etmədən zəiflədici bir münaqişəyə hər il milyardlarla avro xərcləməyin mümkün olmadığını, buna görə də Avropanın sülh danışıqlarında iştirak etməli olduğunu söyləyib. 

Peter Pelleqrini bildirib ki, Avropa Birliyi daxilində Ukrayna üçün əlavə 70 milyard avro tapmaq zərurəti ilə bağlı fikir ayrılıqları artmaqdadır, çünki blok yeddi illik büdcə barədə razılığa gələ bilmir. Macarıstan , Slovakiya, Çexiya və Bolqarıstan daha bir kredit yükünü öz üzərinə götürməkdən imtina ediblər.