"Vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin 2 dəfə azaldılması təklif olunur. Burada həmçinin maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq elementləri də nəzərdə tutulub. İnvestisiya fəallığını yüksəltmək məqsədilə layihədə bir sıra sahələrə əlavə vergi güzəştləri əksini tapıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
"Turizm sektoru üçün bu il 2 mühüm yeniliyimiz olacaq. Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib".
Anar Kəlbiyev




.jpg)
.webp)



.jpg)
.jpg)







.jpg)


























