"Bir vacib məsələni qeyd etmək lazımdır ki, faktiki son illər - 2024, 2025 və 2026-cı illər diplomatik fəaliyyət içərisində ciddi islahatlar gedir. 2024-cü ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Diplomatik xidmət haqqında" qanun diplomatlarımızın peşəkar inkişafını, sosial müdafiəsini və maddi təminatını daha da möhkəmləndirib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, 2025-ci ildə diplomatik xidmət əməkdaşlarının əməkhaqqının, maddi təminatının artırılması dövlətin diplomatiya verdiyi yüksək qiymətinin birbaşa ifadəsidir. Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlər sistemində ciddi transformasiya prosesi gedir:
"Təəssüf ki, bəzi beynəlxalq təsisatlar köhnəlmiş siyasi yanaşmalardan, ikili standartlardan və seçici münasibətlərdən əl çəkə bilmirlər. Bunlara baxmayaraq, Azərbaycan beynəlxalq təşkilatların və çoxtərəfli əməkdaşlığın mexanizmlərindən uzaqlaşmır, əksinə ölkəmiz beynəlxalq fəaliyyətini genişləndirir və yeni əməkdaşlıq platformalarına qoşulur. Güclü dövlət yalnız öz sərhədləri daxilində güclü olan dövlət deyil. Güclü dövlət həm də öz sözünü beynəlxalq aləmdə eşitdirə bilən, milli maraqları dünyanın müxtəlif siyasi mərkəzlərində müdafiə edən dövlətdir. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan məhz belə bir dövlətə çevrilib".
Anar Kəlbiyev







.jpg)




.jpg)
.webp)


.jpg)
.jpg)







.jpg)






















