Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Şanlı Qələbəmizin Zəfər tarixi” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ATMU-nun rektoru İlham Mədətov iştirakçıları salamlayaraq çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlətçilik tariximizdə mühüm yer tutduğunu qeyd edərək, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Tədbirdə ATMU-nun professoru Məhərrəm Zülfüqarlı Qarabağ müharibələrinin tarixi, Zəfərə aparan yol və tarixi Qələbənin əldə olunmasında xalq birliyinin rolu barədə danışıb. O, çıxışlarda Vətən müharibəsində iştirak etmiş ATMU tələbə və məzunlarının xidmətlərini də xüsusi vurğulanıb. Bildirib ki, müharibədə iştirak edən 100-dən çox universitet tələbəsi və məzunundan təxminən 60 nəfər müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU məzunu Məhəmmədəli Həsənzadə isə ölümündən sonra bir sıra medallara layiq görülüb. Professor qeyd edib ki, şəhid məzunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetdə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis edilib. Təqaüd bakalavriat və magistratura səviyyələrində təhsil alan, yüksək akademik göstəricilərə malik tələbələrə təqdim olunur.
Bu il həmin təqaüdə bakalavriat səviyyəsi üzrə Turizm və Qonaqpərvərlik fakültəsinin tələbəsi Milena Bağışova, Biznes və Menecment fakültəsinin (məktəbi) tələbəsi Xəlil Cəlilli, Sosial İdarəetmə fakültəsinin tələbəsi Zəhra Süleymanlı, magistratura səviyyəsi üzrə isə Sosial İdarəetmə fakültəsinin tələbəsi Pərişan İsmayılova layiq görülüblər.
Sonda rektor İlham Mədətov tələbələri təbrik edərək onlara təltifnamələr təqdim edib.











.jpg)














.jpg)




.jpg)
.webp)


.jpg)







