8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müxtəlif idarə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Goranboy şəhərində ağacəkmə aksiyası keçirilib. 

"Unikal" xəbər verir ki, Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası tarixi Qələbəmizin qeyd edilməsi ilə yanaşı, ölkəmizdə ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və gələcək nəsillərə daha sağlam ətraf mühitin ötürülməsi baxımından da əhəmiyyət daşıyır.