"Həmin şəxs (azərbaycanlı çoban - red.) sərhədi keçib. Hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil veriblər.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

Baş nazir Ermənistan-Azərbaycan sərhədini keçən azərbaycanlı çobanla bağlı məsələyə aydınlıq gətirib: "Onlar özlərinə doğru gələn bir şəxsi görüblər, buna görə də onu saxlayıb Ermənistan Respublikasına təhvil veriblər. Bəs atəş açıb onu öldürməli idilər? O, Respublika meydanında saxlanılmayıb".

Onun sözlərinə görə, dünyada elə bir sərhəd yoxdur ki, insan onu keçə bilməsin: "Belə bir sərhəd mövcud deyil. Böyük İsgəndər dövründən bu günə qədər heç vaxt belə bir sərhəd və ya təmas xətti olmayıb. Məsələ nədir?"

Qeyd edək ki, 19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50 radələrində, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) saxlanılıb.

Ağarza Elçinoğlu