2013-cü ildə ailəsinin "YouTube" kanalında yayımlanan videoda 2 yaşlı Chloe Clemin "Disneyland" sürprizinə şübhə ilə baxması sosial şəbəkələrdə viral olmuşdu. Sözügedən foto milyonlarla insanın diqqətini çəkmişdi. 

"Unikal" xəbər verir ki, üzərindən illər keçməsinə baxmayaraq bu gün də Chleonun “Side Eye Chloe” adlı fotosu internetdə məşhurdur. 

15 yaşı olan Chloe Clemin sosial medianın aktiv istifadəçisidir. Onun sosial şəbəkədə  izləyicilərinin sayı 700 mini ötüb. Ailənin kommersiya hüquqlarını qoruduğu məşhur fotonun NFT versiyası isə 2021-ci ildə təxminən 74 min dollara satılıb.