Fransanın Lill şəhərindəki iğtişaşlar zamanı "Apple" mağazasından oğurlanan "iPhone" telefonları bloklanıb.
"Unikal" BFMTV televiziya kanalına istinadən xəbər verir ki, sosial media istifadəçilərindən biri oğurlanmış "iPhone"un ekranının videosunu paylaşaraq "Bu cihazı Lilldəki Apple mağazasına qaytarın. Bu cihaz bloklanıb və izlənilir. Yerli hakimiyyət orqanlarına məlumat veriləcək" mesajını verib.
Bu qorunmalar həmçinin "Samsung", "Google Pixel", "Xiaomi" və "Honor" cihazlarına da aiddir.
Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərə etiraz etməsi ilə başladı və tədricən ölkə daxilində yayılıb. Daha sonra nümayişçilər yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz etməyə başlayıblar.
Bir sıra şəhərlərdə mitinqlər nəzarətdən çıxmağa başlayıb. Etirazçılar xaos yaratmağa, yanğınlar törətməyə və mağazaları talan etməyə başlayıblar. Polis buna göz yaşartıcı qaz və dəyənəklərlə cavab verib.
18 oktyabrda Prezident Makron hökumətdən gələcək etirazların qarşısını almaq üçün tədbirlər görməyi tələb edən təcili müraciət edib. O, iğtişaşlara görə məsuliyyət daşıyanları cəzalandıracağını və təsirlənmiş biznesləri dəstəkləyəcəyini vəd edib.
Gülayə Mecid






















.webp)























