İran İslam İnqilabı Keşikçiləri Korpusunun donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
"Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib", - deyə açıqlamada bildirilir.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mohebi Hörmüz boğazının şərqində gəmilərin hərəkətinə qadağa qoyulduğunu elan edib. O, həmçinin xəbərdarlıq edib ki, əgər Tehranla keçidi əlaqələndirməsələr, istənilən su nəqliyyat vasitəsi sanksiyalara məruz qalacaq.
İran və ABŞ arasındakı münaqişə səbəbindən Hörmüzdən nəqliyyat demək olar ki, dayanıb. Bu, qlobal neft tədarükü üçün əsas marşrut və Fars körfəzindən açıq okeana və geriyə yeganə dəniz yoludur.













































