"Minsk Vaşinqtona verdiyi vədləri sədaqətlə yerinə yetirir".

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz öz tərəfimizdən amerikalılara verdiyimiz vədi sədaqətlə yerinə yetiririk", - deyə o ifadə edib. 

O, həmçinin Belarus və ABŞ arasındakı münasibətlərdə bir çox məsələdə irəliləyiş olduğunu açıqlayıb. 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Belarusla kalium gübrələrinin alınması ilə bağlı böyük bir razılaşma üzərində işlərin aparıldığını açıqlamışdı. 

Gülayə Mecid