Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı açıqlayıb.

"Çünki bu, bizim daxili siyasi məsələmizdir. Onu da qeyd edim ki, bu mövzu Bişkekdəki görüşümüz zamanı müzakirə olunub. Mən Azərbaycan tərəfinə bildirdim ki, Azərbaycanın Konstitusiya ilə bağlı məsələlər qaldırması bizim üçün qəbuledilməzdir", – deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, Azərbaycan tərəfi də Konstitusiya məsələsinin Ermənistanın daxili siyasi işlərinə aid olduğunu və heç kimin başqa ölkələrin daxili işlərinə qarışmaq hüququnun olmadığını bildirib.

"Onlar sadəcə belə bir siyasi mövqeyə sahib olduqlarını ifadə edirlər. Belə görünə bilər ki, ifadə tərzindəki fərq o qədər də əhəmiyyətli deyil, lakin mənim fikrimcə bu, əhəmiyyətli fərqdir", – deyə Baş nazir vurğulayıb.

Ağarza Elçinoğlu