Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində növbəti təlim Sabunçu rayonu üzrə tibb müəssisələrinin əməyin mühafizəsinə məsul əməkdaşları üçün təşkil olunub.
"Unikal" xəbər verir ki, təlim zamanı iştirakçılara ilk tibbi yardımın göstərilməsi, yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallarda düzgün davranış və operativ müdaxilə üsulları barədə nəzəri biliklər və praktiki bacarıqlar aşılanıb.
Təlimlərin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində mümkün risklərə qarşı hazırlıq səviyyəsinin artırılması, əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təhlükəsizlik mədəniyyətinin gücləndirilməsidir.
Unutmamalıyıq ki, təhlükəsiz əmək mühiti yalnız qaydalara riayət etməklə deyil, həm də bilik, hazırlıq və məsuliyyətli yanaşma ilə formalaşır.





























.webp)






.jpg)








.jpg)



