Həkimlər Papa XIV Leoya son diaqnoz qoyublar.
"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Histoloji və molekulyar biologiya tədqiqatlarının nəticələri əməliyyat zamanı çıxarılan bədxassəli şişin ağciyərin lokal adenokarsinoması olduğunu təsdiqləyib.
Tibbi hesabata görə, onkoloji müayinədən sonra Papanın əlavə müalicəyə ehtiyacı yoxdur. Bu, əməliyyatdan sonra tibbi müşahidənin son mərhələsi olub.
Qeyd edək ki, 71 yaşlı Papa 13 oktyabrda əməliyyat olunub və bir neçə gün sonra xəstəxanadan çıxıb. İndi o, vəzifəsinə qayıdıb və adi qaydada işləyir, moizə oxuyur və ictimaiyyət qarşısında çıxış edir.










.webp)






.jpg)








.jpg)











.jpg)










