İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İtaliyanın “Komo” komandasına böyük hesabla məğlub olub.
"Unikal" xəbər verir ki, İtaliyada keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Komo”nun heyətində Niko Pas 2-ci və 57-ci dəqiqələrdə fərqlənərək dubl edib. Anastasios Duvikas 49-cu, Xakobo Ramon isə 76-cı dəqiqədə rəqib qapısına yol tapıb.
“Mançester Yunayted”in yeganə qolunu 90+1-ci dəqiqədə Coşua Zirkze vurub.
Çempionlar Liqasında ilk mövsümünü keçirən “Komo” turnirdə ikinci qələbəsini qazanıb. “Mançester Yunayted” isə 24 ildən sonra ilk dəfə turnirin debütantına üç və ya daha çox top fərqi ilə uduzub.
İngiltərə təmsilçisi sonuncu dəfə 2002-ci ildə İsrailin “Makkabi Hayfa” klubuna 0:3 hesabı ilə məğlub olmuşdu.
III turdan sonra “Komo” 6 xalla turnir cədvəlinin 6-cı, “Mançester Yunayted” isə 3 xalla 20-ci pilləsində qərarlaşıb.
Növbəti turda “Komo” noyabrın 4-də Fransanın “Lans” klubunun qonağı olacaq. “Mançester Yunayted” isə noyabrın 3-də İtaliyanın “Roma” komandasını qəbul edəcək.

















.jpg)








.jpg)











.jpg)










