Ermənistanda "Güclü Ermənistan" partiyasından Stepanavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorgyan iki ay müddətinə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində partiyanın parlament fraksiyasının katibi Tiqran Abrahamyan məlumat verib.

O bildirib ki, "Güclü Ermənistan" partiyasından Stepanavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorgyan iki ay müddətinə həbs edilib və onun iki tərəfdarı məhkəmə qərarı ilə iki aylıq ev dustaqlığına salınıb.

Qeyd edək ki, Gevorgyan və tərəfdarları seçicilərin səsini rüşvət yolu ilə almaqda ittiham olunurlar.