Xəzər dənizində boğulan Qazaxıstan hərbçilərinin sayı 12-yə çatıb.

"Unikal" xəbər verir ki, Qazaxıstan Baş nazirin müavini Bozumbayev hərbi dəniz təlimi zamanı boğulan daha üç dənizçinin cəsədinin sudan çıxarıldığını açıqlayıb.

Yenilənmiş məlumata görə, hava şəraitinin kəskin pisləşməsi və küləyin sürətlənməsi səbəbindən Xəzər dənizində təlim missiyası zamanı 17 hərbçi dənizə aparılıb. Daha iki hərbçinin axtarışı davam edir.

Qazaxıstan 25 sentyabrı milli matəm günü elan edib.

*** 12:20

Qazaxıstanda Xəzər dənizində təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan 9-u ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlim zamanı təlim-döyüş tapşırığının icrası zamanı qeydə alınıb.

Hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib. İlkin məlumata əsasən, 19 hərbçidən 9-u ölüb, daha 3 hərbçi xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.

Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər müvafiq xidmətlər iştirak edir.