Futbol üzrə Türkiyə Superliqasında IV turun mərkəzi oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Fənərbağça" İstanbul derbisində "Beşiktaş"ı qəbul edib.
"Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarını 9-a çatdıran "Beşiktaş" 2-ci pilləyə yüksəlib. "Fənərbağça" isə 4 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 10 xalla "Qalatasaray" başçılıq edir.












.webp)






.jpg)








.jpg)











.jpg)









