Sülh yolundakı əsas maneə Ermənistan Konstitusiyasıdır.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin "Cumhuriyet" qəzetinə verdiyi müsahibədə bildirib.
Diplomat Ermənistan-Türkiyə sərhədinin bağlanmasında Bakının rolu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, regional nizamlama prosesləri paralel olaraq davam edir. Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi və sərhədlərin mümkün açılması birbaşa İrəvanda sülh müqaviləsinin imzalanmasından və konstitusiya dəyişikliklərindən asılıdır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hər bir diplomatik addımı əlaqələndirir və yalnız birlikdə irəliləyirlər.
Onun sözlərinə görə, Bakı Ermənistan Konstitusiyasında ərazi iddialarını görür. Səfir əmin olduğunu bildirib ki, 7 iyun parlament seçkilərindən sonra Ermənistanda konstitusiya referendumunun keçirilməsi gözlənilir və bu, nəticədə tərəflərə artıq paraflanmış sülh müqaviləsini imzalarla təsdiqləməyə imkan verəcək.
Ağarza Elçinoğlu
























































