Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı danışıb.
"Bu epidemiyanın sürəti və miqyası məni son dərəcə narahat edir", - deyə Qebreyesus ifadə edib.
O, Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması səbəbindən ilk dəfə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb
Qebreyesus əlavə edib ki, bu günə qədər 500-dən çox şübhəli Ebola hadisəsi və 130-dan çox ölüm hadisəsi qeydə alınıb. Şimali Konqoda otuz, Uqandada isə iki hal təsdiqlənib. Yoluxanlar arasında müalicə üçün Almaniyaya köçürülən ABŞ vətəndaşı da var.
Gülayə Mecid




.jpg)


















































