Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.

"Unikal"ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması gözlənilir. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.

Anar Kəlbiyev