Diaqnoz Tibb Mərkəzinin Baş həkimin Müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Dr. Tofiq Əkbərov 14–17 may 2026-cı il tarixlərində Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Türk Qaraciyər Araşdırmaları Cəmiyyətinin (TKAD) təşkilatçılığı ilə keçirilən hepatologiya sahəsinin ən nüfuzlu elmi tədbirlərindən biri — 17-ci Ulusal Hepatoloji Konqresində iştirak edib.
"Unikal" xəbər verir ki, konqres çərçivəsində hepatitlərin müasir müalicə yanaşmaları, qaraciyər xəstəliklərinin diaqnostika və terapiyasında tətbiq olunan innovativ üsullar, eləcə də hepatologiya sahəsində beynəlxalq elmi yeniliklər geniş şəkildə müzakirə olunmuşdur.
Tədbirdə müxtəlif ölkələrdən olan aparıcı mütəxəssislər, alimlər və klinisyenlər bir araya gələrək multidissiplinar yanaşmalar, aktual elmi tədqiqatlar və hepatologiyanın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
























































