Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Elm və Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Sözügedən xidmət sayəsində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da "Şəxsi kabinet" vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.