Öd kisəsi əməliyyatından sonra xəstəxanaya yerləşdirilən İbrahim Tatlıses xəstəxanadan evə buraxılıb.
"Unikal" xəbər verir ki, türkiyəli müğənni xəstəxanadan çıxdıqdan sonra jurnalistlərə vəsiyyətini açıqlayıb.
Müğənni mirasını dövlətə verdiyini deyib: "Bir qəpik də yoxdur. Bəzi insanlar ucbatından ailəmin bir hissəsi də qurban getdi. Atam mənə pul qoymayıb. Pulu özüm qazanmışam, səpərəm, kimə nə?! Onlara (övladlarını nəzərdə tutur) böyük bir miras qoymuşam, amma onlar bunu anlamırlar. İbrahim Tatlıses deyiləndə bütün qapılar açılır, amma onlar bundan necə istifadə edəcəklərini bilmədilər".
O, oğlu Ahmet Tatlıses barədə sualları cavabsız qoyub: "Dostlarım məni tək qoymadılar. Allah övladlarımdan razı olsun, amma hamısından yox. Tuğçe mənim əzizimdir. Amma əlifbadan "A" hərfini çıxarmışam. Bəzi övladlarımın xəstəxanaya buraxılmamasını mən istəməmişəm. Onlar ürəyimdə layiq olduqları yerdə deyillər. Mənim atam bu vəziyyətdə olsaydı, onu tək qoymazdım. Kaş məzarından qalxıb boynumu balta ilə kəsəydi. Bilmirəm insanlar ataların dəyərini nə vaxt başa düşəcəklər".
Ağarza Elçinoğlu
Tatlıses vəsiyyətini açıqladı:
— Unikal.az (@UnikalOrgPortal) April 22, 2026
"Qəpik də yoxdur, dövlətə verdim". pic.twitter.com/I0tm1pzc5E
