Samuxda 34 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

"Unikal" xəbər verir ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaq təhvil verilib.

*** 18:35

Samuxda bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsə dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov