Gəncədə qəzada xəsarət alanlar xəstəxanadan buraxılıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Unikal"a verilən məlumata görə, 29 mart 2026-cı il saat 22:20 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 qadın Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Müayinələr zamanı onlara bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıblar.
XXX
20:38, 29.03.2025
Gəncədə qəza olub,xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "BYD" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
