Xəbər verdiyimiz kimi, Masallı rayonunda ölümlə nəticələnən  yol qəzası olub. 

"Unikal" xəbər verir ki, "Mercedes" markalı avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə yerindən görüntüləri və ölən şəxsin fotosunu təqdim edirik: 

***13:56

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev