Martın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “Biganə qalma” xeyriyyə komandasının təşkilatçılığı, habelə “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupu üzvlərinin iştirakı ilə Daşkəsən şəhərində və Quşçu kəndində keçirilən bayram tədbirləri rayonun müxtəlif kənd və qəsəbələrindən olan uşaqlar üçün əsl bayram ab-havası yaradıb. 

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində balacalar üçün əyləncəli oyunlar, maraqlı viktorinalar, musiqili proqramlar təşkil olunub, nağıl qəhrəmanlarının iştirakı isə onların sevincinə sevinc qatıb. Eyni zamanda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.