Son 24 saat ərzində İsrailə edilən hava hücumları nəticəsində 192 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Nazirliyin məlumatına görə, yaralılardan dördü orta ağır, 177 nəfər isə yüngül xəsarət alıb. Nazirlik qalan 11 nəfərlə bağlı dəqiq açıqlama verməyib.
Qeyd olunub ki, İranla münaqişənin başlanğıcından bəri ümumilikdə 3727 nəfər xəstəxanaya yerləşdirilib.
Ağarza Elçinoğlu
