“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam edir.

"Unikal" xəbər verir ki, martın 8-də saat 09:00-dan 20:00-dək ümumilikdə 46 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlardan 5-i Azərbaycan, 13-ü Çin, 8-i Rusiya, 3-ü Qazaxıstan, 3-ü İspaniya, 3-ü Belçika, 2-si Rumıniya, 1-i İsveçrə, 8- isə Macarıstan vətəndaşıdır.

Sözügedən şəxslər İrandan “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olaraq təxliyə ediliblər. Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə davam etdirilir.

*** 19:34

İrandan xarici diplomatların təxliyəsi davam edir.

"Unikal" xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 əməkdaşı, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə olunub.

Təxliyə prosesi davam edir. 

*** 13:06

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi ilə İrandan təxliyə davam edir.

"Unikal" xəbər verir ki, Qazaxıstanın 3 diplomatik nümayəndəsi, eləcə də Rusiyanın 8 vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.

Hazırda təxliyə prosesi davam edir. 

Xəlil Əliyev