Son günlərdə ABŞ və İsrailin hərbi mərkəzlərə hücumlarından sonra İslam Respublikası hakimiyyəti dövlət, təhsil və tibb mərkəzlərində silahlı və təhlükəsizlik qüvvələri yerləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb. 

Tehran, Çabahar, Zahedan və Konarak kimi şəhərlərdə məktəblərin hərbi qulluqçuların yerləşdirilməsi üçün istifadə edildiyi barədə məlumatlar var.

Bu qüvvələr məscidlərə də yerləşdirilib: "Bəzi şəhərlərdə hərbi qüvvələr gecələr məscidlərdə və məktəblərdə yatırlar. Parklarda və qəbiristanlıqlarda texnika və silahlar yerləşdirilib".

Seymur Əli